"Borussiya"nı "Çelsi"yə dəyişir
“Borussiya Dortmund” rəsmi şəkildə təsdiqləyib ki, 20 yaşlı hücumçu Ceymi Gittens “Çelsi”yə keçəcək.
Sportline.az xəbər verir ki, iki klub arasında razılaşma bu gün ABŞ-ın Fort Loderdeyl şəhərində əldə olunub.
Hər iki komanda hazırda orada keçirilən Klubların Dünya Çempionatında iştirak edir. Müqavilənin detalları isə hələ yekunlaşdırılmayıb.
Qeyd edək ki, Gittens ötən mövsüm meydana çıxdığı 49 matçda 12 qol 3 asistlə yadda qalıb.