"Borussiya"nın gözü o futbolçunun üzərindədir
"Borussiya Dortmund" klubu Donyel Malenə əvəzləyici tapıb.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford karyerasını "Borussiya"da davam etdirəcək. Tərəflər arasında danışıqlar davam edir.
İngiltərə klubu Reşford üçün qarşı tərəfdən 60 milyon avro tələb edir.
Qeyd edək ki, 27 yaşlı hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.