"Boston Seltiks" inamla irəliləyir
Milli Basketbol Assosiasiyasının Müntəzəm Çempionatında növbəti görüşlər keçirilib. SportLine.az xəbər verir ki, maraqlı görüşlərdən biri "Boston Seltiks" və "Memfis Qrizlis" arasında keçirilib.
Doğma meydanda ardıcıl 13 qələbə qazanan “Boston Seltiks” “Memfis Qrizlis”lə görüşə də inamlı çıxıb. Lakin görüş heç də meydan sahibləri üçün yaxşı başlamayıb. Qonaqlar matçın startında üstünlüyə yiyələniblər. “Boston Seltiks” 3-cü periodda özünə gəlib. Ardıcıl 14 xal qazanan meydan sahibləri yekunda qələbəni təmin ediblər. 116-96.
Gecənin digər görüşlərində qeydə alınan nəticələri təqdim edir:
“Toronto Reptors” – “Bruklin Nets” – 104:99
“Minnesota Timbervulf” – “San-Antonio Spörs” – 91-116
“Yuta Cazz” – “Atalanta Houks” – 84:91
“Denver Naqets” – “Nyu-York Kniks” – 110:94
“Portlend Treyl Bleyzers” – “Vaşinqton Vizards” – 116:109
“Los Anceles Leykers” – “Orlando Məcik” – 107:98