"Botafoqo"dan "Mançester Yunayted"ə doğru
"Botafoqo"nun futbolçusu Danilo karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçinin dəyəri 24 milyon avrodur.
Qeyd edək ki, Danilo bu mövsüm meydana çıxdığı 21 oyunda 9 qol, 3 asistlə yadda qalıb.