Bouli "Çelsi"yə sahiblənmək istəyir
Amerikalı iş adamı Todd Bouli "Çelsi" ilə bağlı iddialarını ortaya qoyub.
Sportline.az xəbər verir ki, klubun sahmdarlarından biri olan Bouli, "Clearlake Capital"a məxsus paya da yiyələnmək niyyətindədir.
Bu halda amerikalı biznesmen "Çelsi"nin majoritar rəhbərinə çevrilə bilər.
Bu haqda "Telegraph" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Bouli bunun üçün 2,5 milyard Funt sterlinq vəsait yatırmalıdır.