"Böyük Dəbilqə": Son gündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
Sportline.az xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Qeyd edək ki, daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.