Böyük futbol Masazıra ayaq açır

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları olacaq. SportLine.az saytının məlumatına görə, görüşlərdən  biri Masazır qəsəbəsində, digəri Qəbələdə keçiriləcək. U-17 Avropa çempionatı ilə əlaqədar "Qarabağ" "İnter"i Suraxanıda deyil, Masazırdakı "Əlincə" stadionunda qəbul edəcək.

Azərbaycan kuboku
1/2 final, cavab oyunları
4 may (çərşənbə)

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1

19:00. “Qarabağ” – “İnter”
Masazır qəsəbə stadionu
İlk oyun – 4:0

Banner