"Brayton" 24 yaşlı forvardı heyətinə qatmaq istəyir
"Brayton" yayda heyətinə yeni hücumçu transfer etməyi düşünür.
Sportline.az xəbər verir ki, əsas hədəf "Suonsi"nin futbolçusu Zan Vipotnikdir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, Zan Vipotnik cari mövsüm meydana çıxdığı 45 matçda 23 qol, 2 asistlə yadda qalıb.