“Brayton” “Brügge”yə 25 milyon avro ödəyəcək
"Brayton" "Brügge"nin belçikalı futbolçusu Maksim De Kuyperi heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı sol cinah müdafiəçi üçün 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Kuyper ötən mövsümü 54 matçda 4 qol 6 asistlə tamamlayıb.