“Brayton” futbolçusunu “Nottingem”ə satmayacaq
"Nottingem Forest" "Brayton"un 20 yaşlı futbolçusu Cek Hinshelvudu transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Lakin "Brayton"un rəhbərliyi ingiltərəli yarımmüdafiəçini satmaq niyyətində deyil.
Qeyd edək ki, C.Hinshelvud cari mövsüm meydana çıxdığı 5 matçda 1 qolla yadda qalıb.