"Brayton" futbolçusunu satmayacaq

"Brayton" ingiltərəli stopperi Luyis Dankı satmaq niyyətində deyil.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

34 yaşlı futbolçunu "Nottingem Forest" klubu transfer etmək istəyir.

Qeyd edək ki, L.Dankın klubla sözləşməsi 2027-ci ilin yayına qədərdir.