"Brayton"u "Nottingem"ə dəyişə bilər

"Brayton"un yarımmüdafiəçisi Cek Hinshelvud yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Nottingem Forest" 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

İngiltərə U-21 millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun transfer qiyməti 30 milyon avrodur.