Braziliya klubu məhşur baş məşqçiyə kompensasiya ödəyəcək

"Əl-Şabab" klubunun baş məşqçisi Vitor Pereyra keçmiş komandası "Korintians"a qarşı məhkəməni qazanıb.

Sportline.az A Bola-ya istinadla xəbər verir ki, İsveçrə İdman Arbitraj Məhkəməsində (CAS) baxılan işdə Braziliya klubunun Pereyraya 465 min avro təzminat ödəməsi qərara alınıb.

Portuqaliyalı çalışdırıcı 2022-ci ilin fevralından dekabrına qədər "Korintians"ı çalışdırıb. O, çalışdığı müddət ərzində maaşını ala bilmədiyi üçün FİFA-ya müraciət etmişdi.

Qeyd edək ki, Brazilya klubu Vitor Pereyranın rəhbərliyi altında çıxdığı 64 oyunda 26 qələbə, 21 heç-heçə və 17 məğlubiyyət alıb.