Braziliyalı vinger "Beşiktaş" yolunda

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, "Qara-qartal" Uesli Ribeyro Silva ilə razılaşmağa yaxındır.

25 yaşlı futbolçu Braziliyanın "İnternasyonal" klubunda forma geyinir.

Braziliya klubunun "Beşiktaş"dan 15 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, futbolçunun klubu ilə 2026-ci ilə qədər müqaviləsi var.