Brazilyalı futbolçu “Olimpiakos”a yox dedi
“Olimpiakos” “Mançester Yunayted”in brazilyalı futbolçusu Entoni üçün rəsmi təklif göndərib.
Sportline.az “Mirror Football”a istinadən xəbər verir ki, Entoni Santos “Olimpiakos”un bu təklifini rədd edib.
Oyunçu “Mançester Yunayted”dən ayrılmaq istəyir lakin, Yunanıstan klubuna keçmək niyyətində deyil.
Qeyd edək ki, 24 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.