BrendSport.az “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalına start verdi
BrendSport.az Gənclərin və İdmançiların informasiya portalı Şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “İlhamlı Qələbələr adlı Böyük Qayıdış” festivalına start verib.
Festivalın ilk günü 20 sentyabr tarixində şəhidlərimizin əmanəti olan uşaqlar üçün "Gənclik Mall OnTop boling" mərkəzində baş tutub. Tədbir çərçivəsində uşaqlar arasında əyləncəli boling günü təşkil olunub.
Festival BrendSport.az və "OnTop boling" mərkəzinin təşkilatçılığı, “Al-Kaya" bütün Türk Dünyasının parfum brendinin BAŞ Sponsorluğu, "Viplife" kosmetik brendinin GOLD Sponsorluğu, eləcə də “Natural Halı” xalça brendi, "Scallezioni" İtalyan kişi geyimləri brendi, “Cəngi SPA” mərkəzi və “Araz” marketlər şəbəkəsinin sponsorluğu ilə həyata keçirilib.
Tədbirin açılışında layihə rəhbəri Bəhruz Səmədov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. O, bu qələbənin qazanılmasında əməyi keçən hər kəsə, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını söyləyib.
O, BrendSport.az kollektivi adındanda bildirib ki, bu Zəfər Azərbaycan xalqının milli qürurudur və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gözəl günləri bizə bəxş etdiyinə görə dərin təşəkkürümüzü bildiririk.
Söz "OnTop boling" mərkəzinin marketinq direktoru Hüseynağa Əliyevə verildi. O, çıxış edərək Şanlı Zəfərin əhəmiyyətini vurğulayıb. Bu zəfərdə cənab prezident İlham Əliyev başda olmaqla, qazilərimizə və şəhid ailələrinə minnətdarlığını çatdırıb.
Şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub, ardından Dövlət Himni səsləndirilib.
Baş sponsor bütün Türk Dünyasının parfum brendi olan “Al-Kaya” şirkətinin nümayəndəsi Arif Qardaşxanlı və GOLD sponsor "Viplife" şirkətinin marketinq direktoru Vüsalə xanım Səfərova və satış müdiri Elvira xanım Babayeva çıxış edərək uşaqlara və ailələrə şirkətin hədiyyələrini təqdim edib, hər zaman şəhid və qazi ailələrinin yanında olduqlarını qeyd ediblər.
Qonaqlardan Etibar Hüseynov, qazilərimiz Anar Quliyev və Vüqar Əhmədov çıxış edərək bütün qonaqları salamlayıblar və BrendSport.az saytının 44 günlük Vətən müharibəsi zamanı orduya dəstək kampaniyalarını və sosial layihələrdəki rolunu yüksək qiymətləndiriblər.
Şəhid jurnalist həmkarımız Məhərrəm İbrahimovu ailəsi və bir necə şəhid ailələri çıxış edərək Ali baş komandan cənab İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
Uşaqlar boling oynayaraq əyləniblər, günün sonunda isə onlara sertifikatlar və sponsorların hədiyyələri təqdim olunub.
Xatırladaq ki, festival çərçivəsində şəhid uşaqları Gənclər və İdman Nazirliyinin dəstəyi, BrendSport.az informasiya portalı ilə birlikdə bölgələrdə yerləşən Olimpiya komplekslərinin birində 3 günlük düşərgə təşkil edəcək.
Qeyd edək ki, festivalda qazilər, KİV nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə Güllə atıcılığı, futbol, stolüstü tennis, badminton, velosiped, şahmat, nərd və digər idman yarışları keçiriləcək.
Tədbirin ilin sonuna kimi keçirilməsi palnlaşdırılır.
Məktəbli qızlar və oğlanlar arasında futbol və stolüstü tennis üzrə turnirlər də nəzərdə tutulub. Bunun üçün müvafiq federasiyalara müraciət olunub. Məqsəd məktəblərdə uşaq futboluna və stolüstü tennisə dəstək vermək, Şanlı Zəfəri qeyd etmək, qazilərin idmana adaptasiyasına kömək etmək və jurnalistlərin (KİV nümayəndələrinin) asudə vaxtını səmərəli təşkil etməkdir.
Tədbirin açılış mərasimi 3 günlük plan çərçivəsində 18 oktyabr 2025-ci ildən başlayaraq Müstəqilliyimizin bərpası günü də qeyd olunacaq. Bunun üçün , "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Fəvvarələr Meydanı və ya Dənizkənarı Milli Parkda keçiriləcək tədbir üçün Bakı Şəhər İcra Hakimiyyətinə, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Dənizkənari Bulvar İdarəsinə müraciət edilib.
Sonda BrendSport.az komandası olaraq bu möhtəşəm tədbirin təşkilinə verdiyi dəstəyə görə "Gənclik Mall OnTop boling" mərkəzi başda olmaqla bütün sponsorlara, "Viplife" şirkətinin rəhbərləri Cəbrayılov Məzahir bəyə, Cəbrayılova Viktoriya xanıma və "Al-Kaya" şirkətinin rəhbəri Uğur Kaya bəyə təşəkkürümüzü bildiririk.
Qeyd: "İlhamlı Qələbələr adlı Böyük Qayıdış" festivalına dəstək olan Daxili İşlər Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Bakı şəhər Baş Təhsil İdarəsinə, CBC Sport tv-yə və media qurumlarına öz sonsuz təşəkkürümüzü bildiririk.