"Brentford"da transfer olacaq
"Köln"ün futbolçusu Said El Mala yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Kicker" nəşri məlumat yayıb.
"Brentford" 19 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, S.El Mala cari mövsüm meydana çıxdığı 35 matçda 12 qol, 5 asistlə yadda qalıb.