Bruno Fernandeş daha bir il "Mançester Yunayted"də qalacaq
"Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeşlə yeni müqavilə imzalamağa yaxındır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu təcrübəli futbolçuya 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş yeni sözləşmə təklif edib.
ESPN nəşrinin yaydığı məlumata görə, Fernandeş bu təklifə müsbət cavab verəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçunun klubla hazırki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.