Bruno Fernandeş gəmini tərk etməyəcək
"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş klubda qalmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
31 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 32 matçda 8 qol, 19 asistlə yadda qalıb.
Qeyd edək ki, B.Fernandeşin dəyəri 40 milyon avrodur.