Bruno Fernandeş Ruben Amorim haqqında danışıb

“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Bruno Fernandeş yeni baş məşqçi Ruben Amorim haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az xəbər verir ki, 30 yaşlı futbolçu jurnalistlərə müsahibə verərkən bu fikirləri qeyd edib;

“Ruben Amorim tanıyıram. O çox gözəl insandır. “Sportinq” klubunu yaxından izləyirəm. Çünki “Sportinq” mənim doğma klubumdur. Buna görə necə oynadığlarını əzbər bilirəm. Ruben Amorim “Sportinq”də tarixi nəticələr əldə edib”, - deyə Bruno Fernandeş bildirib.

Qeyd edək ki, Ruben Amorim “Mançester Yunayted”lə 2027-ci ilin yayınadək müqavilə imzalayıb.