Budaq Nəsirov oynadı, komandası qalib gəldi

Portuqaliya ikinci liqasında 11-ci turun oyunları keçirilib. 

SportLine.az xəbər verir ki, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası səfərdə “Freamunde” ilə qarşılaşıb. 

Azərbaycanlı futbolçu 65-ci dəqiqədə meydana daxil olub.

Matç “Sportinq”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Lissabon klubu qələbə qolunu həmyerlimiz meydana daxil olduqdan sonra vurub. 

Qeyd edək ki, 11 turdan sonra hesabında 14 xal olan “Sportinq” 13-cü pillədə qərarlaşıb.