Buffon karyerasını başa vurmağı düşünmür

"Yuventus"un futbolçusu Canluici Buffon karyerasını başa vurmağı düşünmür.

Sportline.az bu barədə 43 yaşlı qolkiper "Sky Sports"a açıqlamasında deyib:

"Oynamağa davam edəcəyəm? Tullanmalarımın enini və hündürlüyünü hər həftə ölçürəm. Bu günə qədər hər şeyin yaxşı getdiyini görə bilərəm. Yaxşı səviyyədə olduğum müddətdə oynamağa davam edəcəm, amma nəticənin pis çıxdığını görən kimi dərhal dayanacağam".

Qeyd edək ki, Buffonun Turin təmsilçisi ilə müqaviləsi bu ilin yayı başa çatır. Klubun onunla müqavilənin müddətini uzadacağı gözlənilir.