Cavid Qurbanov Qarabağda voleybolun kütləviləşdirilməsini istədi

Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib. C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.