Cəbrayıl dünya çempionu oldu

Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionu olub.

Sportline.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançımız həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi  Batirbek Tşxovrebovla (Rusiya) üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. 

Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub.