Cek Harrisonun yeni klubu bəlli oldu

"Lids Yunayted"in sol cinah vingeri Cek Harrison karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Fiorentina" 29 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Cek Harrisonun dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu ötən mövsümü "Everton"da icarə əsasında keçirib.