"Cenoa"nın oyunçusu Premyer Liqada çıxış etməyə yaxındır

"Cenoa"nın sağ cinah müdafiəçisi Brok Norton-Kaffi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Everton" və "Nyukasl Yunayted" 22 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

Qeyd edək ki, B.Norton-Kaffi cari mövsüm meydana çıxdığı 21 matçda 1 qol, 1 asistlə yadda qalıb.