"Cərimə zərbələri Brunu, penaltilər Ronalduluq olacaq"
"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın heyətində penalti zərbələrini kimin yerinə yetirəcəyi ilə bağlı düşündüklərini bölüşüb.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis cərimə zərbələrini Brunu Fernandeşin (Bruno Fernandes) yerinə yetirəcəyini proqnozlaşdırıb:
"Düşünürəm ki, Brunu penaltiləri Ronalduya (Cristiano Ronaldo) buraxacaq və onun öhdəsində yalnız cərimə zərbələri qalacaq. Fikrimcə, Fernandeşin göstərdiyi performans cərimə zərbələrini uğurla yerinə yetirməsinə imkan verir. Küncdən zərbələr zamanı da Brunu sözünü deməyə çalışacaq. Penaltilər isə yüz faiz Ronalduluq olacaq".