Cerred Boven "Liverpul"a keçidi gündəmdədir

"Vest Hem"in futbolçusu Cerred Boven yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" 29 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, C.Boven cari mövsüm meydana çıxdığı 40 matçda 10 qol, 11 asistlə yadda qalıb.