Çağlar Söyüncüdən şad xəbər

“Fənərbağça”nın 28 yaşlı müdafiəçisi Çağlar Söyüncü nə zaman yaşıl meydanlara qayıdacaqı məlum olub.

Sportline.az “Ajansspor” saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu zədə prosesini yekunlaşdırıb.

Çağlar 20 oktyabr baş tutacaq “Samsunspor” – “Fənərbağça” matçında meydanda olacaq.

Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm bütün turnirlər daxil olmaq çıxış etdiyi 12 matçda 1 qolla yadda qalıb.