Çalov PAOK-da ilk qolunu vurdu
Yunanıstan Super Liqasının 5-ci turunda PAOK səfərdə Volosu 4-1 hesabı ilə məğlub edib.
Sporline.az xəbər verir ki, PAOK-un rusiyalı hücumçusu Fyodor Çalov bu matçda komandadakı debüt qoluna imza atıb.O, 89-cu dəqiqədə hesabı 4-1 edən qolun müəllifi olub.
PAOK-un digər qolları Stefan Şvab, Tomas Murq və Taisondan gəlib.
Bu qələbə ilə xallarının sayını 13-ə çatdıran Saloniki təmsilçisi liderliyə yüksəlib. Bir oyun az keçirən AEK və "Olimpiakos" müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər.