Çelenc Kuboku: "Xarı Bülbül" cavab oyununa çıxır
Bu gün kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası Çelenc Kubokunda növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın cavab oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.
Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da başlanacaq.
"Xarı Bülbül" ötən gün eyni arenada keçirilən ilk matçda inamlı qələbə qazanıb - 3:0.