"Çelsi" argentinalı futbolçu üçün 50 milyon avro ödəmək niyyətində deyil
"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço üçün təklif göndərib.
Sportline.az "Guardian" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu futbolçusu üçün 50 milyon avro tələb edir.
Lakin "Çelsi"nin rəhbərliyi bu məbləği ödəmək niyyətində deyil.
Qeyd edək ki, Qarnaçonun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.