"Çelsi", "Arsenal" və "Mançester Yunayted" 21 yaşlı oyunçunu heyətinə qatmaq istəyir
"Sanderlend"in futbolçusu Noah Sadiki İngiltərə nəhənglərinin transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, "Çelsi", "Arsenal" və "Mançester Yunayted" 21 yaşlı yarımmüdafiəçini transfer etmək niyyətindədir.
Bu haqda "The Journal" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Sadiki cari mövsüm meydana çıxdığı 30 matçda 1 asistlə yadda qalıb.