"Çelsi" "Aston Villa"ya 80 milyon avro ödəməyə hazırdır
"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers "Çelsi"nin transfer siyahısında yer alıb.
London klubu bu keçid üçün qarşı tərəfə 80 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, M.Rocers "Çelsi"yə keçməyə müsbət yanaşır.