"Çelsi" "Boka Xuniors"a 15 milyon avro ödəməyə hazırdır

"Çelsi" "Boka Xuniors"un yarımmüdafiəçisi Milton Delqadonu transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, London təmsilçisi bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır.

Bu haqda "El İntransigente" nəşri məlumat yayıb.

Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm meydana çıxdığı 19 matçda 1 asistlə yadda qalıb.