“Çelsi” bu gün “Brentford”la qarşılaşacaq

İngiltərə Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Çelsi" səfərdə "Brentford"la üz-üzə gələcək.

London klubunda əsas itki Benua Badiaşili, Levi Kolvil və Liam Delap zədə səbəbindən matçı buraxmalı olacaq. Kol Palmerin durumuna oyun saatlarında aydınlıq gələcək.

"Brentford"da isə Qustavo Qomeş və Vitali Yanelt baş məşqçi Keit Endrusum sərəncamında olmayacaq.

Qeyd edək ki, "Brentford" - "Çelsi" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Matçı Stuart Attvel idarə edəcək.