“Çelsi” fransalı futbolçusunu satışa çıxarıb
“Çelsi” fransalı futbolçusu Aksel Disasini satmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda “Footbal London” nəşri məlumat yayıb.
“Çelsi” Disasini 40 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, 26 yaşlı futbolçu cari çıxış etdiyi 15 matçda 2 qol və 2 asistlə yadda qalıb.
A.Disasinin “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.