“Çelsi” futbolçusunu geri qaytarıb
"Çelsi" Türkiyənin "Fatih Karagümrük" klubunda icarə əsasında çıxış edən David Datro Fofananı geri qaytarıb.
Sportline.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi icarə müqaviləsini vaxtından əvvəl ləğv edib.
Klub 23 yaşlı hücumçunu növbəti dəfə başqa komandaya icarəyə göndərməyi planlaşdırır.