"Çelsi" gənc futbolçusu ilə yeni müqavilə bağlayıb

"Çelsi" 18 yaşlı futbolçusu Genesis Antvi ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, isveçli oyunçu London klubu ilə 3 illik yeni sözləşməyə qol çəkib.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, G.Antvinin dəyəri 350 min avrodur.