"Çelsi" hücumçu axtarışına çıxıb
"Çelsi" "Sportinq"in forvardı Konrad Harder üçün rəsmi təklif göndərib.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu danimarkalı futbolçu üçün "Sportinq"ə 42 milyon avro ödəməyə hazırdır.
"Çelsi" futbolçunun meneceri ilə təmas halındadır.
Qeyd edək ki, "Arsenal" və "Vest Hem"də K.Harderlə yaxından maraqlanır.