"Çelsi" "Kristal Pelas"a təklif göndərəcək

"Çelsi" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Vartonu heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, A.Vartonun "Kristal Pelas"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.