"Çelsi" "Milan"ın futbolçusuna göz qoydu

"Milan"ın fransalı qapıçısı Mayk Menyan karyerasını "Çelsi"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, London klubu təcrübəli kiperi gələn ilin yayında azad agent kimi heyətinə qatmaq istəyir.

30 yaşlı futbolçu İtaliya klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, M.Menyanın hazır ki dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.