"Çelsi" oyunçusunun müqaviləsini uzadaraq icarəyə verdi
"Çelsi"nin qapıçısı Kepa Arissabalaqa karyerasını digər İngiltərə klubunda davam etdirəcək.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 29 yaşlı qapıçı londonlularla müqaviləsini 2026-cı ilə qədər uzadıb.O, bu mövsümü icarə əsasında 'Bornmut" klubunda keçirəcək.
Xəbərdə bildirilir ki, bütün danışıqlar tamamlanıb və yalnız oyunçunun tibbi müayinədən keçməyi gözlənilir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Real"da keçirən ispaniyalı qapıçı 20 oyunda 18 qol buraxıb.