“Çelsi” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində keçiriləcək görüşlərin hakim təyinatlarını açıqlayıb. SportLine.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, görüş Yunanıstandan olan briqadaya həvalə olunub.

Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin edilib. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.