“Çelsi” Qordonu istəyir
“Çelsi” “Nyukasl”dan Entoni Qordonu transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasında transfer gündəmi yenidən hərəkətlənib.
Çelsi klubu Qordon üçün maraq göstərir.
London təmsilçisi hazırda "Nyukasl Yunayted" klubunda çıxış edən cinah futbolçusunun transferini ciddi şəkildə nəzərdən keçirir.
Məlumata görə, mümkün transfer “Çelsi”nin növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olmayacaq.
Klub rəhbərliyi Entoni Qordon üçün danışıqları nəticədən asılı olmayaraq davam etdirməyi planlaşdırır.