"Çelsi" "Real Madrid"ə 132 milyon avro ödəməyə hazırdır

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 25 yaşlı sol cinah vingerinin xidmətində maraqlıdır.

London klubu bu keçid üçün qarşı tərəfə 132 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 5 qol, 8 asistlə yadda qalıb.