“Çelsi” “Real Madrid”ə 52 milyon avro ödəməyə hazırdır
"Çelsi"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az xəbər verir ki, "Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqa "Çelsi"nin maraq dairəsinə düşüb.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, London klubu bu keçid üçün qarşı tərəfə 52 milyon avro ödəməyə hazırdır.