"River Pleyt" "Çelsi" ilə razılığa gəlib
"Çelsi"nin ekvadorlu futbolçusu Kendri Paez icarə əsasında "River Pleyt"də çıxış edəcək.
Sportline.az xəbər verir ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırda "Strasburq"da icarədədir.
İnsayder Fabrizio Romanonun yaydığı məlumata görə, gənc oyunçu mövsümün sonunda qədər Argentina klubunun formasını geyinəcək.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 21 matçda 1 qolla yadda qalıb.