"Çelsi" satmaq istəmir
"Çelsi" Enzo Fernandezi satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, "Real Madrid" argentinalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu haqda "El Chiringuito" nəşri məlumat yayıb.
Qeyd edək ki, E.Fernandez bu mövsüm meydana çıxdığı 46 matçda 12 qol, 6 asistlə yadda qalıb.