"Çelsi" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" 20 yaşlı sol cinah vingerini heyətinə qatmaq istəyir.

K.Yıldızın transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm meydana çıxdığı 7 matçda 4 qol 5 asistlə yadda qalıb.